Vatt | |
---|---|
Ümumi məlumatlar | |
Ölçdüyü anlayış | güc[1][2][…] |
Simvolu | Vt |
Adını daşıyır | Ceyms Vatt |
Vikianbarda əlaqəli mediafayllar |
Vatt (Vt) (ing. Watt; işarəsi: W) — Elektrik və ya mexaniki güc ölçü vahidi. 1 vatt – 1 saniyədə (s) 1 coul (C) iş görə bilən mexanizmin gücünə deyilir və BS-də güc vahidi olaraq götürülür. N = A/t, burada N-mexaniki güc, A iş, t-bu işi görməyə sərf olunan zamandır.[3] Vatt ölçü vahidi universal buxar maşınının yaradıcısı ixtiraçı-mexanik Ceyms Vattın şərəfinə adlandırılıb.